Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert azalıb
İqtisadiyyat
12.08.2021 / 12:57
2021-ci ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz və ya 978,3 milyon manat azalaraq 4 milyard 696,7 milyon manat icra edilib.
Gazette.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, Dövlət Neft Fondundan transfert proqnoza nisbətən 23 faiz və ya 1 milyard 403,3 milyon manat az icra edilib ki, bu da illik proqnozun 38,5 faizini təşkil edir. Cari ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan transfert ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral, mart aylarında az, yanvar, aprel, may və iyun aylarında çox icra edilib
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay