“4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edilir – Şərtlər

Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı xalqımızın Vətən müharibəsində qazandığı tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edir.

Gazette.az xəbər verir ki, otuz ilə yaxın işğal altında olan torpaqlarımızın rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin 44 günlük müharibəsində azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması milli teatr sənətində də öz təcəssümünü tapmalıdır. Digər tərəfdən, artıq ikinci ildir davam edən pandemiya ilə bağlı tətbiq edilən karantin şəraitinə görə teatrlarımız, demək olar ki, fəaliyyətsizdir. Bu mənada, “4.4 Qısa Tamaşalar Festivalı” xalqımızın haqq savaşındakı qalibiyyətini Azərbaycan teatr tarixində əbədiləşdirməklə yanaşı, teatr mühitindəki sükunəti də aradan qaldırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək.  Festival təkcə dövlət teatrlarını deyil, həmçinin özəl teatr kollektivlərini, müstəqil sənətçiləri əhatə etməklə, yeni istedadların aşkarlanmasına da zəmin yaradacaq.

MÜSABİQƏNİN MÖVZUSU: Müharibə

Mükafatlandırma:

Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.

Mükafat fondu:

  • I Yer: 1.500 AZN
  • II Yer: 1.000 AZN
  • III Yer: 750 AZN

Qeyd: Hər yer üzrə bir qalib seçiləcək.

Müsabiqəyə qəbul şərtləri:

1.Festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər də iştirak edə bilər.

2. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

3. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər.

4. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur.

5. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 15 dəqiqədən artıq olmamalıdır.

6. Müsabiqəyə təqdim edilən işlər film-tamaşa formatında da ola bilər.

7. İştirakçılar tamaşaların videoyazısını və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər.

8. Müsabiqəyə təqdim edilən materiallar 15 oktyabr 2021-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Qeyd: Son tarixdən (15 oktyabr 2021-ci il) gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq.

9. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.

10. Təqdim edilməli materialların və sənədlərin siyahısı:

  • Müraciət forması
  • Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində videoyazısı
  • Tamaşanın 30-60 saniyəlik treyleri.

Qeyd: Tamaşaların videoyazısı və treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir.

  • Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).
  • Tamaşadan 3 ədəd fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır).

Əlaqə vasitəsi: +994 506602025

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR