Türkiyənin Baş Qərargah rəisi Azərbaycandadır

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu ölkəmizdə səfərdədir.

Gazette.az xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini -Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə ölkəmizdə səfərdə olan Selçuk Bayraktaroğlunu  və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan əlaqələrin hər iki qardaş ölkənin dövlət başçılarının dostluq münasibətləri nəticəsində daha da inkişaf etdiyini qeyd edib. Türkiyənin hər zaman ölkəmizə dəstəyini yüksək qiymətləndirən nazir 15 sentyabr - Bakının daşnak-bolşevik işğalından azad edilməsi gününün xalqımız üçün tarixi əhəmiyyətinə toxunub.

Müdafiə naziri ordu generalı S.Bayraktaroğlunu Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Ordu generalı S.Bayraktaroğlu öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad və dostluğa dayanan münasibətlərimizin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin müsbət töhfələr verdiyini qeyd edib.

Səfər çərçivəsində hər iki ölkənin Baş Qərargah rəisləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Ordusunda tətbiq edilən yeniliklərdən danışan general-polkovnik K.Vəliyev ölkələrimiz arasında mövcud hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.

Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Keçirilən görüşlərdə hərbi əməkdaşlığın yeni perspektivləri, regional təhlükəsizlik və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

SON XƏBƏRLƏR

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR