91 mənzil kirayə yolu ilə satışa çıxarılır - Aylıq ödəniş 419 manatdan başlayır

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 91 yeni mənzil təqdim edəcək.

Bu barədə fond məlumat yayıb.

Məlumata əsasən, yeni mənzillər Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən yaşayış komplekslərini əhatə edir.

Belə ki, Bakı şəhərinin Binəqədi rayonunda, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 27, Sumqayıt şəhərinin Sülh prospektindəki yaşayış kompleksində 38, Abşeron rayonunun Saray qəsəbəsində, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 26 mənzil vətəndaşların seçiminə veriləcək.

Ümumilikdə 91 yeni və tam təmirli mənzil 1, 2 və 3 otaqlıdır. Mənzillər üzrə aylıq ödənişlər 419 manatdan başlayır.

Mənzillərin seçimi 24 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən mümkün olacaq.

Vətəndaşlar müraciətlərini və mənzil seçimini “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçirə biləcəklər. Ərizələrin təsdiqi üçün SİMA İmzanın biometrik identifikasiya funksiyasından da istifadə etmək mümkün olacaq.

Təklif olunan mənzillərin siyahısı ilə Fondun təqdim etdiyi keçid vasitəsilə tanış olmaq mümkündür.

 

SON XƏBƏRLƏR

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

91 mənzil kirayə yolu ilə satışa çıxarılır - Aylıq ödəniş 419 manatdan başlayır

Pirotexniki vasitələr aşkar edilib

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Kart məlumatlarımız oğurlana bilər - Avtobuslarla bağlı təhlükə

Aysun İsmayılova xəstəliyə tutuldu

Sabah da güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Hərbi qulluqçumuz İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub

Neçə Milli Qəhrəmanımız sağdır? – SİYAHI

Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib

Prezident Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

İnnovativ suvarma layihələri təqdim edilib

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan Tibb Universitetində beynəlxalq endouroloji konqres keçirilib

BÜTÜN XƏBƏRLƏR