İnnovativ suvarma layihələri təqdim edilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Onurplast” və “Azirrigation” şirkətləri ilə birgə “Ağıllı Suvarma və Aqrar İnnovasiyalar” adlı tədbir təşkil olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə ADAU-nun prorektoru Əhməd Məlikov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova, “Onurplast” şirkətinin rəhbəri Zöhrab Mustafazadə, şirkətin mühəndisi İlham Mustafayev və “Azirrigation” şirkətinin təsisçi-rəhbəri Şahin Xəlilov çıxış ediblər.

Çıxışlarda ağıllı suvarma sistemlərinin kənd təsərrüfatında tətbiqinin, su ehtiyatlarından səmərəli istifadənin və innovativ texnologiyaların aqrar sektorun inkişafındakı rolunun əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində tələbələr arasında müsabiqə təşkil olunub. Komandalar öz innovativ layihə və ideyalarını təqdim edib, müsabiqənin qalibləri mükafatlandırılıblar.

Sonda iştirakçılar şirkətlərin innovativ suvarma texnologiyalarına həsr olunmuş sərgisi və müasir suvarma sistemlərinin quraşdırıldığı nümayiş sahəsi ilə tanış olublar. Onlara təqdim olunan texnologiyaların tətbiq imkanları, iş prinsipi və funksional xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

SON XƏBƏRLƏR

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Kart məlumatlarımız oğurlana bilər - Avtobuslarla bağlı təhlükə

Aysun İsmayılova xəstəliyə tutuldu

Sabah da güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Hərbi qulluqçumuz İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub

Neçə Milli Qəhrəmanımız sağdır? – SİYAHI

Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib

Prezident Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

İnnovativ suvarma layihələri təqdim edilib

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan Tibb Universitetində beynəlxalq endouroloji konqres keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib

Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?

Vüqar Orucun uğur yolu Türkiyə mediasında

BÜTÜN XƏBƏRLƏR