
Gələn il hansı qurumlara subsidiya və dotasiya verilə bilər? – SİYAHI
Gələn il müxtəlif sahələrə və qurumlara subsidiya və dotasiya ayrılması nəzərdə tutulub.
Bu 2027-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, gələn il bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması məqsədilə 102,3 milyon manat subsidiya ayrılması planlaşdırılır. Bu məbləğ 2026-cı ilin proqnozu ilə müqayisədə 2,1 milyon manat və ya 2 faiz azdır.
Bundan başqa, “Azəristiliktəchizat” ASC-yə istilik xidmətlərindən yaranan zərərin örtülməsi üçün 33,8 milyon manat, “Təmiz Şəhər” ASC-yə bərk məişət tullantılarının zərərsizləşdirilməsi ilə bağlı 17,5 milyon manat subsidiya nəzərdə tutulub.
AZAL-a Naxçıvana uçuşların zərərinin və güzəştli aviadaşımaların maliyyələşdirilməsi məqsədilə 7,1 milyon manat, bələdiyyələrə isə 4,4 milyon manat subsidiya ayrılması planlaşdırılır.
Eyni zamanda, 2027-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Bələdiyyələrə 7,5 milyon manat dotasiya və 1,55 milyon manat subvensiya ayrılması da layihədə əksini tapıb.
Qeyd edək ki, subsidiya konkret fəaliyyətin və ya xərclərin maliyyələşdirilməsinə dəstək məqsədilə, dotasiya isə büdcənin maliyyə təminatının dəstəklənməsi üçün ayrılır. Subvensiya isə konkret məqsəd üçün nəzərdə tutulan vəsaitdir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





