Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Aşağı Surra kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səyyar qəbul zamanı Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Çıxış edən natiqlər “Şanlı Zəfər tarixi milli qürurumuzun təntənəsidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan xalqının tarixində əbədi iz qoyan 8 Noyabr – Zəfər Günü milli birliyimizin, həmrəyliyimizin, dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə çevrildi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizin fədakarlığı və xalqımızın bir yumruq kimi birləşməsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə olundu. Zəfər Günü yalnız hərbi qələbənin deyil, həm də milli iradənin, vətənpərvərlik ruhunun, dövlət-xalq-ordu birliyinin rəmzi olmasını bildiriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix deyil, bütöv bir xalqın taleyini, iradəsini, milli qürurunu və gələcəyə inamını özündə ehtiva edir. 8 Noyabr – Zəfər Günü məhz belə əlamətdar tarixlərdən biridir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının milli birliyinin, sarsılmaz iradəsinin, rəşadətli Ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün təntənəsi oldu. Bu möhtəşəm Zəfərin ideoloji və siyasi təməlləri Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasına, milli maraqlara əsaslanan siyasətə və güclü Azərbaycan dövlətinin qurulması amalına söykənir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, iqtisadi və hərbi potensialının gücləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərib. Ulu Öndərin uzaqgörən siyasəti müasir Azərbaycanın inkişafının möhkəm təməlini formalaşdırıb.

RİH-nin başçısı bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atdı. Dövlət başçısının qətiyyətli siyasi iradəsi, məqsədyönlü fəaliyyəti, diplomatik məharəti və güclü liderliyi Azərbaycan Ordusunun döyüş meydanındakı qəhrəmanlığı ilə birləşərək tarixi Qələbəmizi təmin etdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Zəfər tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Bu tarixi hadisə Azərbaycan xalqının illərlə yaşadığı torpaq həsrətinə son qoyulmasının, milli qürurumuzun və tarixi ədalətin təntənəsinin rəmzi oldu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu Qələbə Ulu Öndər Heydər Əliyevin arzularının və müəyyən etdiyi dövlətçilik strategiyasının tarixi nəticəsi kimi xüsusi əhəmiyyət daşıyır.

RİH-in başçısı 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən missonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının əhəmiyyətindən danışıb. 

Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, kəndin mavi yanacaqla təmin olunması, yeni içməli su xəttindən su verilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

SON XƏBƏRLƏR

Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

“ASAN xidmət” və BMT Bakıda dövlət idarəçiliyinin  gələcəyini müzakirə edir

Ərdoğan Zəfər Günü Azərbaycana gələcək

Respublikanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib

Xidmətin rəis müavini şəhid Vüsal Məmmədovun ailəsini ziyarət edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər davam etdirilir

AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində

Qarabağda qadın fermerlərə 75 tondan çox toxum verilib

Zəfərimizin qəhrəmanları daim ehtiramla anılır

Daha 20 tələbəyə təqaüd ayrılacaq

ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib

BÜTÜN XƏBƏRLƏR