Respublikanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib

14–25 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə ərazisində arı xəstəliklərinə qarşı epizootoloji monitorinq keçirilib.
Respublika üzrə 61 rayon və şəhəri, həmçinin 279 kənd və qəsəbəni əhatə edən tədbirlər çərçivəsində ümumilikdə 842 arıçılıq təsərrüfatında 21522 arı ailəsinin klinik vəziyyəti qiymətləndirilib.

Monitorinqdə arılardan və pətəklərdən laborator müayinələr üçün 846 diaqnostik nümunə götürülüb. Eyni zamanda, təsərrüfat sahibləri arasında xəstəliklərin profilaktikası, biotəhlükəsizlik tədbirləri və baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması ilə bağlı maarifləndirmə işləri aparılıb.

Götürülmüş nümunələrə dair epizootoloji məlumatlar “Epicollect5” elektron məlumat bazasına daxil edilib. Aparılan laborator müayinələrin nəticələrinə əsasən, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, Tropilaelaps gənələri və varroatoz xəstəliklərinə yoluxma halı qeydə alınmayıb.

SON XƏBƏRLƏR

Respublikanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib

Xidmətin rəis müavini şəhid Vüsal Məmmədovun ailəsini ziyarət edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər davam etdirilir

AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində

Qarabağda qadın fermerlərə 75 tondan çox toxum verilib

Zəfərimizin qəhrəmanları daim ehtiramla anılır

Daha 20 tələbəyə təqaüd ayrılacaq

ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edildi

Azərbaycançılıq ideologiyası informasiya suverenliyinin əsas təminatıdır

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

BÜTÜN XƏBƏRLƏR