Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu” adlı panelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev deyib.

O bildirib ki, bu istiqamətdə Abşeron Milli Parkına dəniz akvatoriyasının daxil edilməsi nəzərdə tutulur.

“Ölkənin ən kiçik milli parkı Bakı şəhərinə yaxın yerləşən, 700 hektar ərazini əhatə edən Abşeron Milli Parkıdır. Artıq ölkədə ilk dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlamışıq. Xəritələşmə işlərini yekunlaşdırmışıq. Dəniz akvatoriyası da milli parka daxil olacaq”, – deyə R.Allahverdiyev qeyd edib.

Onun sözlərinə görə, həmin akvatoriyada mühafizənin təmin olunması üçün reydlərin keçirilməsi və qanunsuz balıq ovunun qarşısının alınması istiqamətində tədbirlər görüləcək.

Xidmət rəisinin müavini bildirib ki, fəaliyyətin əsas istiqamətlərindən biri xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və ekosistemlərin təbii vəziyyətdə qorunmasıdır. O, Ağgöl Milli Parkında su ekosisteminin və balıq ehtiyatlarının təbii şəraitdə mühafizə olunduğunu vurğulayıb.

R.Allahverdiyev əlavə edib ki, balıqların kürüləmə dövründə və digər həssas vaxtlarda mühafizə tədbirləri gücləndirilir.

“Ərazilərdə mühafizə ilboyu həyata keçirilir. Kürüləmə dövründə və digər həssas vaxtlarda isə növbəli sistemlə sutkalıq iş rejiminə keçirik ki, qanun pozuntularının qarşısı alınsın”, – deyə o bildirib.

SON XƏBƏRLƏR

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib

Qoşqar Təhməzli FAO nümayəndə heyəti ilə görüşüb

Ağdaşda ənənə və innovasiya bir araya gələcək - Heyva festivalına sayılı günlər qaldı

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

“ASAN xidmət” və BMT Bakıda dövlət idarəçiliyinin  gələcəyini müzakirə edir

Ərdoğan Zəfər Günü Azərbaycana gələcək

Respublikanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib

Xidmətin rəis müavini şəhid Vüsal Məmmədovun ailəsini ziyarət edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər davam etdirilir

AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində

BÜTÜN XƏBƏRLƏR