
Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi Layihəsi təqdim olunub
Bakı şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən "Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki və iqtisadi göstəricilərinə həsr olunmuş təqdimat mərasimi keçirilib.
Tədbirdə regional inteqrasiyanı gücləndirəcək və bərpa olunan enerjinin Avropa bazarlarına ixracını təmin edəcək dəhlizin infrastrukturu geniş müzakirə olunub. Layihə çərçivəsində 3 000 km uzunluğunda sualtı və quru elektrik xətlərinin çəkilməsi, eləcə də 2040-cı ilə qədər Qafqazdan Avropaya 20 TVt/saatdan çox elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur. İştirakçılara layihənin maliyyə modeli, xərclər-faydalar təhlili və karbon emissiyalarının azaldılmasına verəcəyi töhfələr barədə ətraflı məlumat təqdim edilib. Konfransda, həmçinin Avropa İttifaqı və üçüncü ölkələr arasında enerji şəbəkələrinin qovuşdurulması üzrə perspektivlər diqqət mərkəzində saxlanılıb. Layihə regionun enerji təhlükəsizliyini artırmaqla yanaşı, istehlakçılar üçün elektrik enerjisinin qiymətinin düşməsinə də şərait yaradacaq.
Tədbirdə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri İman Quliyev də iştirak edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





