ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) 5 illik yubiley tədbiri keçirilib.

Gazette.az xəbər verir ki, Mərkəzin rəhbəri Aysel Cəbrayılova nəticələr, əməkdaşlıq və inkişaf prioritetləri barədə təqdimatla çıxış edib.

O bildirib ki, ötən dövr ərzində 350-dən çox şirkət, qurum və təşkilatla əməkdaşlıq çərçivəsində 35 mindən çox işgüzar şəxs üçün 850-dən çox müxtəlif istiqamətli tədbir təşkil olunub. 150-dən çox mövzulu tədbirdə 6 innovativ təlim metodundan istifadə olunub və təlimlərdən məmnunluq göstəricisi 96,4% təşkil edib.

Tədbirdə çıxış edən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Mərkəzin qabaqcıl ASAN təcrübəsi və innovativ təlim metodları ilə dövlət, özəl qurumlarda kadrların peşəkarlığının artırılmasına töhfə verdiyini vurğulayıb.

Sədr söyləyib ki, AİİM-in əsas məqsədi "ASAN xidmət"də formalaşan peşəkarlığın, yüksək xidmət keyfiyyətinin, şəffaflığın, vətəndaşyönümlü idarəetmə prinsiplərinin insan kapitalının inkişafı məqsədilə dövlət və özəl sektorda sistemli tətbiqidir: "ASAN xidmət" brendinin ixrac olunduğu ölkələrdə də bu model əsasında xidmətin təşkili, vətəndaş məmnunluğunun və yumşaq bacarıqların inkişafı istiqamətində təlimlər keçirilir".

Tərəfdaş qurumların nümayəndələri isə AİİM-lə əməkdaşlığın əhəmiyyətini və peşəkar inkişaf istiqamətində birgə fəaliyyətin rolunu vurğulayıblar.

Tədbir çərçivəsində "ASAN xidmət"in "İnnovasiyalar Mərkəzi" ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" arasında əməkdaşlığın davamı məqsədilə anlaşma memorandumu imzalanıb.

Sonda təlimçilərə və tərəfdaş qurumlara təşəkkürnamələr təqdim olunub.

SON XƏBƏRLƏR

Azərbaycanda 373 vergi cinayəti ilə bağlı iş açılıb

ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib

Bakıda yeni mikrorayon salınacaq

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

Çox yaşamaq istəyirsinizsə, bu qidalardan uzaq olun

Mərkəzi Bank yeni məzənnələri açıqladı

Xaçmazda fındıq bağlarını dövlət dəstəyi ilə sığortalamaq mümkündür

DVX rəqəmsallaşma və süni intellekt vasitəsilə vergi nəzarətini gücləndirir

Neftçala rayonunda Energetika Günü qeyd edilib

Azərbaycan XİN-dən Fransaya səyahət barədə XƏBƏRDARLIQ!

Məktəbdənkənar fəaliyyətə dair təlim keçirilib

Dövlət Neft Fondunun aktivləri 125,8 milyard manata çatıb

Səhiyyədə yeni idarəetmə modeli xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlib

Neftçalada YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Qarabağ Milli Parkı yaradılır - Sərəncam

Bakıda III İslam Maliyyə Forumu keçiriləcək

Prezidentdən Qarabağla bağlı SƏRƏNCAM

Tədqiqat: Ultra emal olunmuş qidalar bağırsaq xərçəngi riskini artıra bilər

İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında 300-dən çox mərkəz fəaliyyət göstərir

Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə görüşlərə başlanılıb

BÜTÜN XƏBƏRLƏR