“Yelo Bank” 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

“Yelo Bank” 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapital göstəriciləri isə güclənib.

Kredit portfeli ilin əvvəlindən 61,2 milyon manat artaraq 1 milyard 150 milyon manata çatıb. Artımın əsas hissəsi biznes kreditlərinin payına düşür. Real sektorun maliyyələşdirilməsi bankın prioritetində qalmağa davam edir və biznes kredit portfeli 46,9 milyon manat böyüyərək 721 milyon manata yüksəlib. İstehlak kredit portfeli isə ilin əvvəlindən 14,4 milyon manat artaraq 430 milyon manata çatıb.

Bankın təklif etdiyi əmanət şərtlərinin cəlbediciliyi sayəsində fiziki şəxslərin əmanətləri ilin əvvəlindən 15 milyon manat artaraq 946 milyon manata çatıb. Ümumi əmanət portfeli isə rübün sonuna 1 milyard 91 milyon manat təşkil edib. Bankın ümumi aktivləri eyni dövrdə 43 milyon manat artaraq 1 milyard 559 milyon manat olub.

Gəlirlər də artım tempini qoruyub. Faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 17,4% artaraq 154 milyon manata çatıb, xalis faiz gəliri isə 8,8% artımla 88 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri 7 milyon manat olub.

Bankın kapital bazası da möhkəmlənib. Məcmu kapital ilin əvvəlindən təxminən 14 milyon manat artaraq 189 milyon manata çatıb. Məcmu kapitalın adekvatlıq əmsalı 14,35%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11,69% təşkil edir. Hər iki göstərici tələb olunan normanı üstələyir və ilin əvvəli ilə müqayisədə yüksəlib.

Bank xidmətləri, eləcə də kredit kalkulyatoru ilə bağlı əlavə suallarınız var?

O zaman 981 nömrəsinə zəng edin və ya “Facebook”, “Instagram” , “Whatsapp” və yelo.az hesablarımızı ziyarət edin.

“Yelo Bank” - Parlaq bankçılıq

SON XƏBƏRLƏR

Gündə 10 dəqiqə məşq etməklə yuxu keyfiyyətini yaxşılaşdırmaq olar

Bu evlərə kupça verilməyəcək

Lavrov Bakıda Hakan Fidanla görüşüb

4 manata görə taksi sürücüsünü döydü

İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Almazın yeni “qohumu” kəşf edildi

“Yelo Bank” 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

Regional Turizm Şuralarının iclasları keçirilib

Prezident: Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib

Yorğun hiss edirsiniz?

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Azərbaycanın Asiya ölkələri ilə iqtisadi əməkdaşlığının yeni perspektivləri

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Xüsusi icra məmuru peşəsi üzrə ilkin icbari hazırlıq başlayıb

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir

Gender bərabərliyinə dair maarifləndirmə tədbirlərinə başlanılıb

DTX-dən xəbərdarlıq - "Aldanmayın!"

BÜTÜN XƏBƏRLƏR