Çində idxalla bağlı məlumatların açıqlanması nefti bahalaşdırıb
İqtisadiyyat
20.06.2022 / 17:13
Çinin Səudiyyə Ərəbistanı və Rusiyadan neft idxalını artırması haqqında məlumatlar 5 günlük enişdən sonra neft qiymətlərinin korreksiya çərçivəsində artmasına səbəb olub.
Gazette.az birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçersləri 0,61 % bahalaşaraq 113,81 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,7 % artaraq 1 bareli 108,72 ABŞ dolları təşkil edib.
Qiymət artımına Çinin may ayında Səudiyyə Ərəbistanından neft idxalını illik ifadədə 9 %, Rusiyadan isə 55 % artırması səbəb olub. Ümumilikdə, Çinin gündəlik neft idxalı rekord səviyyəyə - gündəlik 2 milyon barelə çatıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay