
Reklam
25 Oktyabr 2021, 15:25
856
Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək
Azərbaycan İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə 27-29 oktyabr tarixlərində Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək.
Sammitdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edəcək.
Sammit çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, startaplar üçün xüsusi proqram, sərgi, mədəni və digər tədbirlər təşkil olunacaq.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





