Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı
İqtisadiyyat
31.07.2021 / 11:12
Səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.
Gazette.az xəbər verir ki, bunu “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Onun sözlərinə görə, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır. “”Aİ-95” markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”,- deyə Həbibəyli bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay