Messi bu heyətdən çıxarıldı

Argentina millisinin və “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi 2026-cı il “MLS Ulduzlar Matçı”nda iştirak etməyəcək. 39 yaşlı futbolçu bununla ardıcıl üçüncü mövsümdə MLS-nin nümayiş xarakterli qarşılaşmasını buraxmış olacaq.

Bu barədə MLS məlumat yayıb.

Bildirilib ki, Messi ilə yanaşı, “İnter Mayami”dəki komanda yoldaşı Rodriqo De Paul da “Ulduzlar Matçı”nda çıxış etməyəcək. Hər iki futbolçu bu yaxınlarda başa çatan 2026-cı il dünya çempionatının finalında Argentina millisinin heyətində mübarizə aparıb.

MLS və Oyunçular Assosiasiyası mövsüm başlamazdan əvvəl DÇ-də iştirak edən futbolçuların turnirdən sonra istirahət və məşqlərə qayıdış qrafikinin fərdi şəkildə müəyyənləşdirilməsi barədə razılığa gəlib. Bu səbəbdən Messi və De Paulun “Ulduzlar Matçı”nda iştirak etməməsinə icazə verilib və onlar cəzalandırılmayacaq.

Messi daha əvvəl də “Ulduzlar Matçı”nda iştirak etməyib. 2024-cü ildə “Kopa Amerika”nın finalında aldığı topuq zədəsi səbəbindən qarşılaşmanı buraxan argentinalı ulduz 2025-ci ildə isə komanda yoldaşı Jordi Alba ilə birlikdə matçda iştirak etmədiyinə görə MLS tərəfindən bir oyunluq cəzalandırılmışdı.

Bu dəfə isə səbəb futbolçunun DÇ-dən sonra bərpa və istirahət proqramıdır.

Messi və De Pauldan başqa “Chicago Fire”ın hücumçusu Huqo Kuypers və “Vancouver Whitecaps”ın futbolçusu Mbekezeli Mbokazi də qarşılaşmada iştirak etməyəcək. Onların yerinə dörd futbolçu heyətə cəlb olunub.

“MLS Ulduzlar” komandası Çarlottada “Liga MX” Ulduzları ilə qarşılaşacaq. Görüşün gələn həftə keçirilməsi planlaşdırılır.(qafqazinfo)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR