Fireland Azərbaycanlılar Birliyi şahmat turniri təşkil edib

Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi, Fireland Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Brüssel şəhərində III Beynəlxalq Şahmat Turniri təşkil edilmişdir. “Dostluq qazansın” şüarı altında keçirilən turnir 15 ölkədən 50-yə yaxın şahmatçını bir araya gətirərək beynəlxalq dostluğun, mədəni dialoqun və idman həmrəyliyinin gücləndirilməsinə töhfə vermişdir.

Tədbirin rəsmi hissəsində Azərbaycanın Belçikadakı Səfirliyinin 1-ci katibi Emin Rüstəmov çıxış edərək turnirin əhəmiyyətindən bəhs etmiş, Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşkil etdiyi bu qəbildən olan layihələrin icmalar arasında dostluq və  mədəni əlaqələrin inkişafı nöqteyi-nəzərindən vacibliyini vurğulamışdır. 

FireLand Azərbaycanlıları Birliyinin həmtəsisçisi Elşən Tağıyev çıxışında FireLand Azərbaycanlılar Birliyi və artıq 3-cü dəfədir "Dostluq qazansın" şüarı altında Belçikada təşkil edilən sözügedən turnir haqqında ətraflı məlumat vermişdir. O, İldən-ilə iştirakçı sayının və turnirdə təmsil olunan ölkələrin sayının artmasını turnirə olan böyük marağın təzahürü kimi qiymətləndirmişdir. 

Tədbirdə Belçikada fəaliyyət göstərən şahmat məktəblərinin nümayəndələri, Belçika universitetlərində təhsil alan xarici ölkəri təmsil edən tələbələr,  müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, eləcə də Azərbaycan icmasının üzvləri iştirak etmişdir. Turnir yalnız yarış deyil, həm də müxtəlif millətlərdən olan iştirakçılar arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma olmuşdur.

Turnirdə iştirak edən Anderlext Bələdiyyəsinin Şahmat Klubunun üzvü  Cedric Sohet  iştirak etdiyi 40-dan çox turnir arasında bu turnirin ən yadda qalan olduğunu və ilk dəfə bu qədər çox şahmat həvəskarının bir araya gəldiyinin şahidi olduğunu bildirmiş, təşəbbüs və təşkilatçılıq üçün təşəkkür etmişdir. 
Uğurlu təşkilatçılıq və turnirin miqyasının genişlənməsi fonunda Fireland Şahmat Klubunun üzvləri bu il Brüsseldə keçiriləcək digər beynəlxalq şahmat turnirə dəvət olunmuşdur. 

Belçika, Fransa, Meksika, Rumıniya, Qazaxıstan və İndoneziyanı təmsil edən iştirakçılar müxtəlif kateqoriyalarda turnirin qalibi adını qazanmışdır. 

Turnirin sonunda bütün iştirakçılara sertifikat və medallar təqdim edilmiş, qaliblər isə əlavə olaraq kubok, sertifikat və hədiyyələrlə mükafatlandırılmışdır.

 Bu təşəbbüs FirelandAzərbaycanlılar Birliyinin Azərbaycan və Belçika arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, şahmatın təşviqi və icmalar arasında əməkdaşlığın inkişafına verdiyi töhfənin bariz nümunəsidir.

        

SON XƏBƏRLƏR

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

BÜTÜN XƏBƏRLƏR