
Reklam
27 İyun 2022, 16:15
768
Ronaldu "Mançester Yunayted"in yeni kapitanı ola bilər
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunun yeni kapitanı ola bilər.
37 yaşlı hücumçu hazırkı kapitan Harri Maquayrı əvəzləyəcək.
Buna səbəb ingiltərəli müdafiəçinin tez-tez azarkeşlərin tənqidinə məruz qalmasıdır. Yekun qərar "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqla Rinaldu arasından söhbətdən sonra qəbul olunacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu ötən mövsüm 38 oyunda meydana çıxıb. O, 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





