Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Bu ilin avqustun 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 2,686 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamasına görə, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 92,2 milyon manat və ya 3,5%, ötən ilin eyni dövrünə nisbətən isə 1,225 milyon manat 83,8% artıb.

Belə ki, nəqliyyat sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin iyulun 1-nə 2,594 miyard manat, ötən ilin avqustun 1-nə isə 1,461 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin avqustun 1-nə Azərbaycanda bankların kredit portfeli 32,095 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 54% (17,333 milyard manat), istehlak kreditlәri 31,3% (10,037 milyard manat) vә ipoteka kreditlәri 14,7% (4,725 milyard manat) təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransda bank sektorunda kreditləşmənin genişlənməsi üçün kifayət qədər maliyyə imkanlarının olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda bank sektorunda məcburi ehtiyatlar nəzərə alınmadan 6 milyard manat həcmində izafi likvidlik mövcuddur.

"Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər", – deyə Taleh Kazımov bildirib.

AMB sədrinin açıqlaması göstərir ki, bank sistemində mövcud olan sərbəst likvidlik biznes, istehlak və ipoteka kreditlərinin daha da genişləndirilməsi üçün əlavə imkan yaradır. Bu isə kredit portfelində biznes kreditlərinin üstün mövqeyini qoruması fonunda iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinin gələcəkdə də artacağına işarə edir.

SON XƏBƏRLƏR

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

Seneqallı nazir "ASAN xidmət"də

Telefonla hər şeyi çəkirsiniz? - Alimlər bunun yaddaşa zərər verdiyini açıqladı

3 uşağı olan ailələrə şad xəbər - müavinət verilə bilər

"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub

19 aptekdə nöqsanlar aşkarlandı

BÜTÜN XƏBƏRLƏR