BAKU Azərbaycan
27.03 °C

"Real Madrid" braziliyalı hücumçu ilə müqaviləni uzadıb

İspaniya "Real Madrid"i futbolçusu Vinisius Jurniorla müqavilənin müddətini uzadıb.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter hesabında paylaşım edib.

O, 22 yaşlı hücumçu ilə 4 illik sözləşmə imzalandığını bildirib. "Kral klubu" gənc oyunçunya 1 milyard avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, Vinisuis Junior bu mövsüm "Real Madrid"in heyətində 52 oyun keçirib. "Sambaçı" bu matçlarda 22 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.