Azərbaycan güləşçisi: "Ermənilərlə 4 görüşün hamısında qələbə qazandıq"

Rumıniyanın paytaxtı Buxarestdə rekord nəticə ilə Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 milli komandası bu gecə Vətənə qayıdıb.

Gazette.az xəbər verir ki, 8 medalla 175 xal toplayaraq aşkar üstünlüklə titulunu qoruyan yığma üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi təşkil olunub. Mərasimdə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının nümayəndələri, jurnalistlər, yeniyetmə idmançılar və milli üzvlərinin yaxınları iştirak edib.

Komandanın böyük məşqçisi Taleh İsrafilov ardıcıl il Avropa çempionu olmaları münasibətilə güləş ailəsi adından hamını təbrik edib. O, qələbəni şəhidlərə həsr etdiyini bildirib.

İsrafilov çempionatda yığma üzvlərinin çıxışlarını belə şərh edib: "51 kq, 65 kq və 71 kq-da da çempion ola bilərdik. Buraxdığımız səhvlər üzərində işləyib, onları aradan qaldırarıq. Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb, Avropa çempionu olduq. İBu uşaqlardan gələcəkdə olimpiya çempionları görə biləcəksiniz. Növbəti hədəfimiz dünya çempionatıdır. Rəhbərliklə məsləhətləşdikdən sonra hazırlıq planı barədə ictimaiyyətə məlumat verəcəyik".

Avropa çempionatında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fəraim Mustafayev (55 kq) isə bildirib ki, yarışa çox yaxşı hazırlaşdıqları üçün yüksək nəticələr qazanılıb: "8 medalla komanda hesabında 1-ci yeri tutduq. İnanıram ki, dünya çempionatında da bu nəticəni əldə edəcəyik. Ermənilərlə keçirdiyimiz 4 görüşün hamısında qələbə qazandıq".

Digər Avropa çempionu Məhəmməd Qasımzadə (60 kq) hər bir komanda üzvünün döyüşdüyünü vurğulayıb: "Hamı yarışa çempion olmağa gedir. Uşaqlarımız yaxşı güləşdi. Hamısı döyüşdü, əziyyət çəkdi və bunun da nəticəsini gördülər. 2 qızıl, 5 gümüş və 1 bürünc medal qazandıq. Öz görüşlərimə gəlincə, əvvəlcə erməni rəqibimə 8:7 hesabıyla qalib gəldim. Daha sonra Moldova və Finlandiya güləşçilərini 9:0 hesabıyla məğlub etdim. Finalda isə Gürcüstan idmançısına 9:1 hesabıyla qalib gəlib Avropa çempionu oldum".

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR