Azərbaycanın MMA döyüşçüsü ermənilərə görə "Bayraqdar" ləqəbi alıb

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov bu gün Rusiyanın paytaxtı Moskvadakı "AMC Fight Nights"da yerli idmançı Marif Pirayevlə keçirəcəyi qarşılaşmaya yeni ləqəblə çıxacaq.

Bu barədə 28 yaşlı döyüşçünün şəxsi məşqçisi Şəhriyar Abbasov məlumat verib. O, N.Abbasova məxsus "Çingizxan" ləqəbini "Bayraqdar"la əvəzlədiklərini bildirib.

Ş.Abbasov belə bir addımı M.Pirayevin döyüş öncəsi açıqlamaları və ətrafının ermənilərdən ibarət olması ilə əlaqədar atdıqlarını açıqlayıb: "Görüş öncəsi üzərimizdə elə bir təzyiq yoxdur, hər şey qaydasında gedir. Sadəcə, rəqib dağıstanlı olsa da, məşqçiləri və komanda üzvləri ermənilərdən ibarətdir. Pirayev ötən ay görüşöncəsi mətbuat konfransında Nərimanı parçalayacağını demişdi. Buna qarşılıq olaraq, biz Nərimanın "Çingizxan" ləqəbini dəyişərək, "Bayraqdar" qoyduq. Texnologiya dəyişir, biz də inkişaf edirik. Prinsipcə, Çingizxan da döyüşçü olub. Amma biz yeni texnologiyanı nəzərə alaraq, Nərimana "Bayraqdar" ləqəbi verməyi qərara aldıq. Bayraqdar havada xırdadır, görünmür. Görünməsi isə birbaşa ölüm deməkdir. Həm də Bayraqdarı hər yerdə piar etmək məqsədi ilə bu addımı atdıq. Düzdür, bu texnologiyanın piara elə də ehtiyacı yoxdur. Amma bir döyüşçüyə "Bayraqdar" ləqəbinin verilməsi həm də Pirayevin ətrafındakı şəxslərin ermənilərdən ibarət olması ilə bağlıdır".

"AMC Fight Nights"a Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. İrina Viner adına İdman Sarayında təşkil olunacaq gecənin son döyüşü yüngül çəkidə Nəriman Abbasovla Marif Pirayev arasında olacaq.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR