Trans idmançı Baş naziri tənqid etdi

Qızıl medal qazanan transseksual velosipedçi Emili Brices, Boris Consonun "bioloji kişilər qadın idmanında yarışmamalıdır" deməsindən sonra Baş Naziri tənqid edib.

Gazette.az metbuat.az-a istinadən xəbər verir ki, Boris Consonun açıqlaması idman dünyasından kənarda da partlayıcı bir müzakirəyə səbəb olub. O, bioloji kişilərin qadınların idman yarışlarında yarışmasına icazə verilməməli olduğunu bəyan edərək yeni bir kateqoriya yaradılmalı olduğunu qeyd edib. O, həmçinin valideynlərin uşaqların cinsiyyətlərini dəyişdirmək üçün qəbul etdikləri qərarda iştirak etməli olduğunu söyləyib: "Mənim bu məsələ ilə bağlı düşüncələrim bu qədərdir. Bu o demək deyil ki, mən cinsiyyətini dəyişmək istəyən insanlara rəğbət bəsləmirəm. İnsanlara bu qərarların qəbulunda maksimum sevgi və dəstəyi verməyimiz çox vacibdir. Ancaq bunlar mürəkkəb məsələlərdir və məncə, onları sürətli, asan bir qanun layihəsi ilə həll etmək olmaz. Bunu düzəltmək üçün çox düşünmək lazımdır".

İdmançı isə Baş Nazirin bu açıqlamalarından sonra bir çox fiziki və mənəvi şiddətə, hədə-qorxulara məruz qaldığını bildirib və artıq ictimai yerlərdə olmaqdan qorxduğunu dilə gətirib.

Qeyd edək ki, 21 yaşlı Uelsli idmançı mart ayında Britaniya Milli Omnium Çempionatında Olimpiya çempionu Dame Laura Kenni ilə yarışmasına qadağa qoyulmuşdu.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR