Mesut Özil karyerası ilə bağlı şayiələrə münasibət bildirib

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mesut Özil karyerası ilə bağlı yayılan iddialara münasibət bildirib.

Gazette.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi tviter hesabında paylaşım edib.

Təcrübəli oyunçu İstanbul təmsilçisində çıxış etməyin uşaqlıq arzusu olduğunu vurğulayıb: "Uşaqlıq sevgim olan "Fənərbağça" ilə ilk 6 ayın maaşını belə almadan 3,5 illik müqavilə imzalayaraq karyera hədəfimi tamamlamışdım".

Özil karyerasını hazırkı klubunda başa vuracağını diqqətə çatdırıb: "Karyeramı "Fənərbağça"dan başqa komandada bitirməyəcəyəm. Müqavilə müddətində yeganə məqsədim bu formanı geyinməkdir. Bu qərarım çox aydın və qətidir".

Almaniya millisinin sabiq üzvü rəhbərliyin qərarlarına hörmətlə yanaşacağını sözlərinə əlavə edib: "Çox çalışacağam və özümü hər zaman hazır saxlayacağam. Hər zaman dediyim kimi: Əsas olan "Fənərbağça"dır. Bu komandanın böyük azarkeşlərinə sevgi və hörmətlərimlə".

Qeyd edək ki, Mesut Özil 2021-ci ilin yanvarında "Fənərbağça"ya keçib. O, martın 24-də baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılıb.

SON XƏBƏRLƏR

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

BÜTÜN XƏBƏRLƏR