
Reklam
09 May 2022, 15:53
598
Millinin hücumçusu "Qalatasaray"ı tərk edir
Misir millisinin futbolçusu Mustafa Məhhəmməd cari mövsümün sonunda Türkiyə "Qalatasaray"ından ayrılacaq.
Gazetta.az "NTV Spor"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını Fransada davam etdirmək istəyir.
Bu ölkənin bir neçə iddialı klubundan təklif alan forvard Türkiyədə qalmaq niyyətində deyil. "Cim-Bom" isə futbolçusunu ən azı 10 milyon avroya satmağı planlaşdırır.
Qeyd edək ki, Mustafa Məhəmməd "Qalatasaray"a 2020-ci ilin yanvarında ölkəsinin "Zamalek" klubundan keçib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





