
Reklam
16 Fevral 2022, 15:33
572
Pekin-2022: Azərbaycan təmsilçisinin finalda sıra nömrəsi bəlli olub
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabovanın Pekin-2022 Qış Olimpiya Oyunlarının sərbəst proqramında buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.
19 yaşlı idmançı 10-cu sırada məharətini göstərməyə çalışacaq.
Yarış fevralın 17-də Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Ryabova qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.
Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





