
Reklam
04 Sentyabr 2021, 20:51
703
Maks Verstappen 10-cu poulunu vətənində əldə etdi – Niderland QP
Formula 1 üzrə Dünya çempionatının 13-cü mərhələsi olan Niderland Qran-prisinin sıralanma turu keçirilib.
GAZETTE xəbər verir ki, Zandvort trasında baş tutan təsnifat mərhələsində “Red Bull” komandasının pilotu Maks Verstappen poul-pozisiyasını əldə edib. Doğma divarlar arasında 65 min azarkeş önündə yarışan Maks 1:08.885-lik nəticə ilə sezonda 7-ci, karyerası ərzində isə 10-ci poulunu qazanmış olub.
36 il sonra yenidən F1 yarışının keçirildiyi Zandvortda ikinci və üçüncü nəticələri “Mercedes” komandasının pilotları göstəriblər. Sabah keçiriləcək Qran-priyə ikinci sıradan son dünya çempionu Lyuis Həmilton, üçüncü sıradan isə Valtteri Bottas start götürəcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay






