Güləşçilərimiz dünya çempionatından 11 medalla qayıdırlar – FOTOLAR

Rusiyanın Ufa şəhərində təşkil olunan gənclər arasında dünya çempionatına yekun vurulub.

GAZETTE xəbər verir ki, son olaraq mübarizəyə qoşulan yunan-Roma güləşçilərimiz çempionatı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Məsul yarışa böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında 9 güləşçiylə yollanan komandamızın heyətində 67 kq-da çıxış edən pəhləvanımız Həsrət Cəfərov finalda Ermənistan güləşçisinə 7:0 hesabı ilə qalib gələrək dünya çempionu adına yiyələnib.

Sərxan Məmmədov (130 kq) mundialın gümüş, Nihat Məmmədli (60 kq) və Elmir Əliyev (55 kq) isə bürünc medalını əldə ediblər.

Yekunda 101 xal toplayan millimiz komanda hesabında dünya 3-cüsü olub. Rusiya (183) birinci, İran (130) isə ikinci yeri tutub.

Dünya çempionatına böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 5 idmançıyla yollanan gənc qızlardan ibarət millimiz 2 bürünc medal qazanıb. Jalə Əliyeva (59 kq) və Birgül Soltanova (62 kq) dünya üçüncüsü olublar.

Çempionatda 9 idmançıyla təmsil olunan sərbəst güləş üzrə millimizin 5 üzvü fəxri kürsüyə qalxıb.

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb.

Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında mundialda iştirak edən komandamız yekunda 122 xal toplayaraq dünyada 4-cü yeri tutub. İlk “3-lük”də İran(178), Rusiya (142) və ABŞ (129) yer alıb.

Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız medalların sayına görə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. “Sərbəstlər” sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında 5 medal əldə etmişdi.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR