“Tokio-2020”-də daha 6 idmançımız mübarizəyə qoşulacaq – CƏDVƏL

Bu gün Azərbaycanın son 6 idmançısı “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

Gazette.az-ın məlumatına görə, əvvəlcə bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda səhnəyə çıxacaq. Tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət “5-lik” əvvəlcə 5 topla, daha sonra 3 halqa və 2 cüt gürzlə çıxış edəcəklər. Təsnifat mərhələsində 14 ölkə arasında ilk “8-liy”ə düşən komandalar finala çıxacaqlar. Həlledici mərhələ isə avqustun 8-də olacaq.

Mübarizəyə başlayacaq digər idmançı İrina Zaretska olacaq. Qadın karateçilər arasında 61 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı legioner B qrupunda yer alacaq. O, ardıcıl olaraq, Ayumi Uekusa (Yaponiya), Silviya Semeraro (İtaliya), Sofya Berultseva (Qazaxıstan) və Meltem Akyol Hocaoğlu (Türkiyə) ilə qarşılaşacaq. Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Zaretska yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

Bu gün həmçinin Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev (65 kq) final görüşünə çıxacaq. Onun rəqibi yaponiyalı Takuto Otoquro olacaq.

Daha bir sərbəst güləşçi Şərif Şərifov (97 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. Şərifov mükafatçılar sırasına düşmək üçün əvvəlcə Elizbar Odikadze (Gürcüstan), daha sonra Reyneris Salas Peresi (Kuba) yenməlidir.

Stadnik Namuuntsetseq Tsoqt Oçir (Monqolustan) – Lusia Yamilet Yepes Qusman (Ekvador) cütünün qalibini udsa, fəxri kürsüdə yer alacaq.

Qeyd edək ki, indiyədək Azərbaycanın 44 idmançısından 35-i çıxışını bitirib, onlardan 4-ü bürünc medal qazanıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR