Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa edildi

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşları aldatmaqla pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Nəticədə qeyd edilən qanunsuz əməlləri törətməkdə təqsirli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyənləşdirilərək saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə etməklə güzəştli mənzillərin növbədənkənar əldə edilməsini təşkil edə biləcəkləri barədə vətəndaşlarda həqiqətə uyğun olmayan təsəvvür yaradaraq MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayıblar.

Sonra həmin saxta sənədləri 1000–9000 manat arasında dəyişən məbləğlər müqabilində vətəndaşlara təqdim edərək onların pul vəsaitlərini ələ keçiriblər. Tədbirlər zamanı Ş.Mirzəyevanın yaşadığı mənzilə baxış keçirilərkən MİDA-nın adından hazırlanmış 472 saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. G.Lətifova və Ş.Mirzəyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşların müəyyənləşdirilməsi, dəymiş maddi ziyanın ümumi məbləğinin hesablanması, həmçinin cinayət işi üzrə bütün halların araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİN və MİDA vətəndaşlara müraciət edərək bildirir ki, güzəştli mənzillərin əldə edilməsi ilə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etsinlər, növbədənkənar mənzil satışı, eləcə də prosesə kənar müdaxilə etməklə üstünlük yaradılması barədə vədlərə inanmasınlar. Vətəndaşlara belə şübhəli təkliflərlə qarşılaşdıqları halda dərhal polisə məlumat vermələri tövsiyə olunur.

SON XƏBƏRLƏR

AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək

Süni intellekt əsaslı “RDMİS AI” dəstək köməkçisi istifadəyə verilib

İİTKM-də “e-monitorinq” portalının “Layihə idarəetməsi” modulu üzrə təlimlər başa çatıb

Sabah leysan, dolu və qar yağacaq

ASA ilə Dövlət Vergi Xidməti arasında görüş keçirilib

DİN daha bir şəxsi həbs etdi

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Teymur Musayev Baş nazirin müavini təyin olundu

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər

Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı

Gəncədə YAP-ın Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

Nazirlikdə Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Marsol Group partnyorları Azərbaycanın Yaponiyadakı səfirliyində olublar

Bakıda keçirilən NATO təlimi başa çatıb

Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

BÜTÜN XƏBƏRLƏR