11 yaşlı qızını Adnan Oktarla evləndirmək istəyən ana:  "Porsche", "Ferrari" sürəcəksən"

Türkiyədə "Harun Yəhya" ləqəbi ilə tanınan, təcavüz, fırıldaqçılıq və başqa cinayətlərdə ittiham olunan Adnan Oktarla bağlı yeni iddia irəli sürülüb.

Gazetteaz  baku.ws-yə istinadən xəbər verir ki, türkiyəli jurnalistlərdən biri səs yazısı ələ keçirib. Həmin qeyddə Türkiyədə yaşayan valideynlərdən birinin 11 yaşlı qızını Adnanla evlənməyə məcbur etməsi əks etdirən səs yazıları yer alıb. Uşağın anası qızına Adnan Oktara ərə gedəcəyi təqdirdə lüks və dəbdəbəbli həyat tərzi yaşayacağını deyib:

"Hocamız çox yaraşıqlı və varlıdır, nə olsun ki, yaşlıdır amma o, kralıdır. Ona ərə getsən "Porsche", "Ferrari" sürəcəksən. Boğazda evin olacaq. İndi yaşın azdır. Böyüyəndə məni daha yaxşı başa düşəcəksən. Kaş mənim evimdə xadimə çalışardı: yeməyimi bişirərdi, paltarlarımı yuyardı".

Sözügedən qızın 4 yaşı olanda iran əsili atası anası ilə boşanıb. Bundan sonra ana İsveçrəyə köçüb. O, Orada yenidən evlənib.

Xatırladaq ki, Adnan Oktara qarşı 2018-ci ildə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən əməliyyat təşkil olunub. Əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla 175 nəfər həbs edilib. Ona 1075 il həbs cəzası verilib.

Adnana cinayət törətmək məqsədilə təşkilat qurması, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaqların qaçırılması və saxlanılması, şantaj, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismarı kimi 30 ayrı maddə üzrə cinayət işi açılmışdı.

SON XƏBƏRLƏR

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

BÜTÜN XƏBƏRLƏR