İnşaat Kolleci və Sumqayıt Musiqi Kollecinə yeni təyinatlar

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Şamama Əmirova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə, Aysel Səfixanova isə Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Şamama Əmirova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə alıb. Daha sonra ADA Universitetində “Təhsil menecmenti” ixtisası üzrə magistratura təhsili alıb. O, 2013–2020-ci illərdə Laçın rayonu 10 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyib, 2020-ci ildən etibarən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyət göstərib.

Aysel Səfixanova bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İnstrumental ifaçılıq” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Milli Konservatoriyasında fərqlənmə ilə başa vurub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində “Menecment” ixtisası üzrə ikinci ali təhsil alır.

Əmək fəaliyyətinə 2015-ci ildə başlayan Aysel Səfixanova müxtəlif dövrlərdə bir sıra vəzifələrdə çalışıb. O, 2023–2025-ci illərdə Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib. Yeni təyinata qədər Azərbaycan Milli Konservatoriyasında rektorun köməkçisi vəzifəsində çalışıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR