ADNSU beynəlxalq əlaqələrini genişləndirir

Dekabrın 24-də Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Fudan Universitetinin Layihə əməkdaşlığı qrupunun rəhbəri Tian Xiaohongun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub.

Səfər çərçivəsində qonaqlarla ADNSU-nun rektoru, dosent Rüfət Əzizov arasında görüş keçirilib. Görüş zamanı iki universitet arasında elm, təhsil və tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Tərəflər birgə elmi layihələrin icrası, tələbə və müəllim mübadiləsi, eləcə də innovasiya və texnologiya sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fudan Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və gələcəkdə ortaq layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR