Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş seminar keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Bakı Mühəndislik Universiteti (BMU) və Sumqayıt Dövlət Universitetinin (SDU) Tələbə Elmi cəmiyyətlərinin (TEC) birgə təşkilatçılığı ilə AzTU-da görkəmli alim və ictimai xadim akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş seminar keçirilib.

Tədbir iştirakçılarını salamlayan AzTU TEC sədri Şərəfxanım Əliyeva akademik Yusif Məmmədəliyevin Azərbaycanda kimya elminin inkişafı ilə yanaşı, tələbə dərnəklərinin formalaşdırılmasına da töhfə verdiyini bildirib. Şərəfxanım Əliyeva görkəmli alimin elmdə əldə olunan yeniliklərin sənayedə tətbiq olunmasında xüsusi rolunu da qeyd edib.

Seminarda akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən "Zamanın zirvəsi" sənədli filmi nümayiş etdirilib.

Daha sonra çıxış edən Maşınqayırma və metallurgiya fakültəsinin dekanı Malik Qarayev akademik Yusif Məmmədəliyevin təkcə Azərbaycanın deyil, dünya kimya elminin inkişafında misilisiz rol oynadığını bildirib.

Seminarda Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi Günay Heydərli, AzTU-nun Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının əməkdaşları – Nəcibə Şirinova və Qumru Zaidova Yusif Məmmədəliyevin həyat və yaradıcılığı, əldə etdiyi nailiyyətlər haqqında geniş təqdimat ediblər.

Tədbirdə çıxış edən AzTU tələbələri Roza Alməmmədli və Aişə Məmmədova Yusif Məmmədəliyev irsinin tələbələrin təhsilində rolu və elmi-tədqiqat fəaliyyətinə təsiri mövzusunda çıxış ediblər.

Sonda tədbir iştirakçıları AzTU-nun elmi-tədqiqat laboratoriyaları və Kitabxana İnformasiya Mərkəzi ilə tanış olublar.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR