Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin 35 illik yubiley tədbiri keçirilib

Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin 35 illik yubiley tədbiri keçirilib. Tədbirdə 250-ə yaxın təhsil ictimaiyyəti - Bakı Qızlar Universitetinin rektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Tələbə Təhsil Kredit Fondunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Tibb Universitetinin, QHT-lərin nümayəndələri məktəb rəhbərləri, müəllimlər iştirak ediblər.

AMK nəzdində İncənət Gimnaziyasının xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad edilib.

Tədbirin moderatoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin elmi rəhbəri Zərifə Əlixanova qonaqları salamlayıb, tədbiri açıq elan edib.

 

Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov qeyd edib ki, tədbirin əsas məqsədi 35 illik yubileyini qeyd edən Təhsil Cəmiyyətinin fəaliyyətinə nəzər salmaq, uzun illər ərzində əldə etdiyi uğur və nailiyyətləri geniş ictimaiyyətə təqdim etməkdir. O, Cəmiyyətin yaranma tarixi, məqsədləri və 35 il ərzində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Bildirib ki, Cəmiyyətin əsas missiyası təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim və tələbələrin inkişafına dəstək göstərilməsi, eləcə də maarifçilik ənənələrinin gücləndirilməsidir. Murad Ağalarov həmçinin gələcəkdə təhsildə innovativ yanaşmaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb.

 

Sonra söz Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadəyə verilib. O, Təhsil Cəmiyyətinin illər ərzində müəllimlərin peşəkar inkişafına, tədrisin keyfiyyətinin artırılmasına və təhsil ictimaiyyəti arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrin vacibliyini qeyd edib. Elm və Təhsil Nazirliyi adından Təhsil Cəmiyyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra tarix elmləri doktoru, professor, kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosasiyasının prezidenti Fuad Məmmədov çıxış edərək təhsilin mədəniyyətin əsas tərkib hissəsi olduğuna, Təhsil Cəmiyyətinin təhsilə xidmət etməklə, həm də mədəniyyətə xidmət etdiyinə diqqət çəkib, bu qurumun mədəniyyət və təhsil sahəsindəki roluna, eləcə də müəllim və tələbələrdə maarifçilik və maddi-mənəvi dəyərlərin formalaşmasındakı fəaliyyətinə toxunub. O, Cəmiyyətin həm elmi, həm də mədəni təşəbbüslərinin təhsilin inkişafına verdiyi töhfələri, təhsilin inkişafında və maarifçilik ənənələrinin qorunmasında oynadığı rolu xüsusi vurğulayıb və belə tədbirlərin gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. 

Tədbirdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Dil hazırlığı kafedrasının rəisi, polis polkovniki Elçin Orucov Akademiyanın rəisi general-mayor Canpolad Daanovun Təhsil Cəmiyyətinin 35 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin 35 illik yubileyinin “Zəfər Günü” ərəfəsinə təsadüf etməsinin tədbirin əhəmiyyətini daha da artırdığını bildirib. Məruzəçi Cəmiyyətin fəaliyyətinin gənc nəslin formalaşmasında, vətənpərvərlik və vətəndaş məsuliyyəti kimi dəyərlərin aşılanmasında əhəmiyyətini nəzərə çatdırıb. O, gələcəkdə Polis Akademiyası ilə Təhsil Cəmiyyəti arasında əməkdaşlıq imkanlarının artırılması, birgə layihələrin təşkili və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni təşəbbüslərin keçiriləcəyinə ümid etdiyini bildirib.

Təhsil Cəmiyyətinin 90-cı illərdə İdarə Heyətinin sədr müavini olmuş Ağalar Əliyevin çıxışı da yaddaqalan olub. Onun çıxışında o dövrdə Cəmiyyətin fəaliyyəti, təhsil sahəsindəki təşəbbüsləri və tələbələrə verdiyi dəstək qeyd olunub, eləcə də Cəmiyyətin tarixi və davamlı inkişafının əhəmiyyəti vurğulanıb.

Tədbirdə həmçinin Təhsil Cəmiyyəti İdarə Heyətinin üzvü Reyhan Mənəfova, üzvlər Taleh Şahməmmədli, Zeynəb Həcəmova, Lənkəran koordinatoru Leyla Məmmədova çıxış edərək Azərbaycan Respublikası Təhsil Cəmiyyəti haqqında yüksək fikirlər söyləyiblər, Cəmiyyətin təhsil ictimaiyyətinin birliyinin qorunmasında mühüm rol oynadığını, 35 illik yubileyin onlar üçün bayram olduğunu qeyd ediblər və təbriklərini çatdırıblar.

Tədbirin bədii hissəsində Təhsil Cəmiyyətinin fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən qısa video təqdimat nümayiş olunub. AMK nəzdində İncəsənət gimnaziyasının şagirdləri Qara Qarayevin “Vals”ını ifa ediblər, müğənni Mehranə Vəliqızının ifasında “Çırpınırdı Qara dəniz”, Zəminə Elmanın ifasında “Zəfər nəğməsi” mahnıları, Fərahim Sadiqin ifasında “Azərbaycan əsgəri” şeiri dinlənilib, 

 

Sonda Təhsil Cəmiyyətinin fəal üzvlərinə fəxri fərmanlar, yeni üzvlərin “üzvlük vəsiqə”ləri təqdim edilib.

 

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR