“CyberCell Hackathon”un qalibləri mükafatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) “Azercell Telekom” MMC  ilə birgə təşkil olunan “CyberCell Hackathon 2025” başa çatıb.

Yarışmaya  ölkə üzrə ali təhsil müəssisələrindən 100-dən çox komanda, ümumilikdə isə 300-dən artıq gəncin müraciəti qəbul olunub. Onlardan 25 komanda final mərhələsində öz ideya və texnoloji həllərini təqdim etmək hüququ qazanıb. Finalda iştirakçılar kibertəhlükəsizlik, süni intellekt və innovativ texnologiyalar istiqamətində layihələrini nümayiş etdiriblər. Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yüksək xalları toplayan komandalar qalib elan olunublar.

I yerə  “Cybergillər”, II yerə “{{  7* 7 }}” , III yerə “Oxrmrf” komandaları çıxıb.        

Tədbirin bağlanış mərasimində BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov çıxış edərək yarışmanın tələbələrin bilik və bacarıqlarının inkişafında, eləcə də universitet-şirkət əməkdaşlığının güclənməsində mühüm rol oynadığını bildirib. Prorektor qalib komandaları və iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra “Azercell Telekom”un İnsan kapitalının idarə edilməsi departamentinin direktoru Dilarə Hüseynova, Təhlükəsizlik departamentinin direktoru Fuad Səfərov yekun nitq ilə çıxış ediblər. Onlar gənclərin inkişafına göstərilən diqqəti şirkətin sosial məsuliyyət strategiyasının bir istiqaməti olduğunu deyiblər. Həmçinin yarışmada iştirak edən tələbələrin enerjisi, potensialı yüksək qiymətləndirilib, müasir texnoloji sahələrdə bacarıqlı gənclərin bütün strukturlar üçün vacibliyi qeyd olunub.   

Çıxışlardan sonra yarışmanın qalibləri mükafatlandırılıb. I yerin qalibi 4000 manat, II yerin qalibi 3000 manat, III yerə çıxan komanda isə 2000 manat pul mükafatı ilə təltif edilib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR