Məktəblər arasında respublika çempionatının rayon mərhələsi

Məktəblər arasında respublika çempionatının atletika idman növü üzrə rayon mərhələsi yekunlaşıb.

Rayon mərhələsinin nəticəsinə əsasən, Qaradağ rayonu üzrə 184, Nəsimi rayonu üzrə 5, Binəqədi rayonu üzrə 313, Yasamal rayonu üzrə 60, Xətai rayonu üzrə 17, Nizami rayonu üzrə 251, Nərimanov rayonu üzrə 207, Sabunçu rayonu üzrə 148, Suraxanı rayonu üzrə 280, Xəzər rayonu üzrə 322 nömrəli tam orta ümumtəhsil məktəbləri, Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziya atletika idman növü üzrə zona mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Respublika çempionatının keçirilməsində məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, şagirdlər arasında sağlam və aktiv həyat tərzini təşviq etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisini, sinifdənxaric və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işlərini daha da təkmilləşdirmək, idmançıların yarış təcrübəsini artırmaq, idman federasiyaları ilə əməkdaşlığı genişləndirmək, təhsil müəssisələrinin idman bazalarından səmərəli istifadəni təşkil etməkdən ibarətdir.

Məktəblər arasında respublika çempionatının 2025-ci ilin oktyabr-dekabr aylarında atletika, basketbol və badminton idman növləri üzrə keçirilməsi nəzərdə tutulur.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR