BMU-İNHA İDP məzunları nüfuzlu universitetlərə qəbul olublar

Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA-İDP) 2025-ci il məzunları dünyanın nüfuzlu universitetlərinin magistratura proqramlarına qəbul olublar.   

Həmin məzunların təəssüratları ilə tanış olaq.     

İsgəndər Sultanzadə (“Elektrik mühəndisliyi” ixtisasının məzunu):

- Mən Çexiya Respublikasının Brno Texnologiya Universietinin “Elektrik enerjisi mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsinə qəbul olmuşam. BMU-İNHA İDP-də bakalavr təhsilimdən və ümumilikdə tədris prosesindən çox razı qaldım. Çünki bu proqram tələbələrə yüksək keyfiyyətli təhsil və praktiki biliklər qazandırır. Tədris müddətində əldə etdiyim bilik və təcrübələrin gələcək karyeramda mənə ciddi üstünlüklər verəcəyinə tam əminəm.

Murad İbrahimov (“İnformasiya texnologiyaları” ixtisası):

- Litva Respublikasının Kaunas Texnologiya Universitetinin “Data elmləri və süni intellekt” ixtisası üzrə magistratura səviyyəsinə qəbul olmuşam. BMU-İNHA ikili diplom proqramı mənə həm nəzəri, həm də praktik biliklər qazandırmaqla yanaşı, beynəlxalq səviyyədə rəqabətə davamlı mütəxəssis olmaq imkanı yaratdı. Bu proqram sayəsində həm peşəkar, həm də şəxsi inkişafımda mühüm mərhələ keçmiş oldum. Bunun üçün dövlətimə, müəllimlərimə minnətdaram.

Murad Kərimli (“Elektrik mühəndisliyi” ixtisası):

- "Elektrik mühəndisliyi” ixtisası üzrə İDP-də təhsil almaq mənə nəzəri və praktiki bilikləri birləşdirmək imkanı verdi. Xüsusilə Koreyada təhsil aldığım müddət ərzində beynəlxalq təcrübə qazandım, müasir texnologiyalarla işləmək bacarığımı inkişaf etdirdim. Çin Xalq Respublikasının Nanjing Aeronavtika və Astronavtika Universietinin “Elektrik mühəndisliyi” ixtisası üzrə  magistratura səviyyəsinə qəbul olmuşam. 

Elşad Cəfərov (“Elektrik mühəndisliyi” ixtisası):

- BMU-İNHA İDP hər kəs kimi mənim də həyatımda mühüm rol oynadı. Həm təhsil, həm də şəxsi inkişaf baxımından mənə dəyərli təcrübələr qazandırdı. Proqram çərçivəsində Cənubi Koreyada yay məktəbində iştirak etməyimiz və son tədris ilimizi İNHA Universitetində davam etdirməyimiz bizi digər tələbələrdən fərqləndirən əsas üstünlüklərdən biri oldu. Bu təcrübə beynəlxalq mühitdə təhsil almaqla yanaşı, yeni bilik və bacarıqlar qazanmağıma, dünyagörüşümün genişlənməsinə, karyera hədəflərimə daha da yaxınlaşmağıma kömək etdi. Mən də “Elektrik mühəndisliyi” ixtisası üzrə Çinin Nanjing Aeronavtika və Astronavtika Universietinin magistratura səviyyəsinə qəbul olmuşam. Düşünürəm ki, təhsilimin bu pilləsində də peşəkar kadr kimi yetişməyim üçün gərəkli biliklər öyrənəcəm,   əhəmiyyətli təcrübələr qazanacam.  

Qeyd edək ki, 2020-ci ildən gerçəkləşdirilən BMU-İNHA İDP-yə indiyədək qəbul edilən 400 tələbənin 143 nəfəri məzun olub. 3+1 tədris modelinə əsasən hazırda İNHA Universitetində IV kursda 114 tələbə təhsilini davam etdirir. Proqramın icra müddəti Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR