İxtisas seçiminin nəticələri açıqlanıb – DİM
Elm və təhsil
03.09.2021 / 23:22
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən GAZETTE-yə verilən məlumata görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələr yaxın dəqiqələrdə DİM-in saytında da yerləşdiriləcək.