“İxtisas seçimini kommersiya məqsədilə görən insanlara etibar etməyin” – Məleykə Abbaszadə

Hazırda topladığı baldan asılı olmayaraq müsabiqə şərtlərini ödəmiş abituriyentlərin qarşısında duran ən vacib məsələ öz ixtisas seçiminə sonuncu dəfə nəzər salmaq və onu təsdiq eləməkdir. Bu məqamda düzgün, ağıllı qərar qəbul etmək əhəmiyyətli məsələlərdəndir.

GAZETTE xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verərkən deyib.

Məkeykə Abbaszadə: “Builki qəbul kampaniyasının bir sıra özəllikləri var. Bilirsiniz ki, sosial baxımdan həssas əhali qrupuna bir sıra güzəştlər tətbiq olunur və onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bundan əlavə, bu il Tələbə Təhsil Krediti Fondu yaradılıb və tələbələrə təhsil haqqı xərclərini ödəmək üçün Fondun vəsaiti hesabına çox aşağı faizli kreditlərin verilməsi nəzərdə tutulur. Abituriyentlər ödənişli yerlərin seçimi zamanı qeyd olunan imkanları nəzərə ala bilərlər.

Abituriyentlər bu kimi məsələlərdə, həmçinin daimi yaşadığı yer və təhsil alacağı univerisitetin yerləşdiyi yer, şəhərin seçilməsində öz valideynləri ilə məsləhətləşə bilərlər. Lakin peşə seçimində onların özlərini dinləmək lazımdır.

Bəzən valideynlər övladlarını öz arzuladıqları peşələrin sahibləri kimi görmək istəyirlər və abituriyentlərin müstəqil seçiminə mane olurlar. Ancaq abituriyentlərin xoşbəxt gələcəyi baxımından onların şəxsi düçüncələri, özlərini hansı ixtisasın sahibi kimi görmək istədikləri, bacarıq və imkanları, xarakteri və s. amillər mütləq nəzərə alınmalıdır.

Çox təəssüf ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-tifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı sosial şəbəkələrdə çağırışlar edirlər. Abituriyentlərə və onların valideynlərinə tövsiyə edirik ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar. Burada bir incə məqam da var. İxtisas seçimini sizin yerinizə edən şəxs kabinetinizin istidafəçi adı və parolunu da bilmiş olur. Bu isə çox təhlükəlidir.

Bir misal də gətirim. Təsəvvür edin, plastik ödəmə kartınız var və siz kartın məxfi məlumatlarını tanımadığınız birinə verirsiniz. “Şəxsi kabinet”inizin parolunu da kiməsə vermək olmaz və bunun ciddi fəsadları ola biləcəyini nəzərə almaq lazımdır.

Mən bunları təsadüfi demirəm. Hər il bununla bağlı bizə müraciətlər daxil olur. Araşdırmalar zamanı məlum olur ki, kimlərinsə məsuliyyətsizliyi və qeyri-peşəkarlığı ucbatından abituriyentlər tələbə adını qazanmaqdan məhrum olublar”.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR