Malidə qədim Mars meteoriti aşkar edildi

ABŞ tədqiqatçıları Mali səhrasında nisbətən böyük bir Mars meteoriti kəşf ediblər.

Bu, Günəş sisteminin mövcudluğunun ilk dövrlərində, 4,11 milyard il əvvəl formalaşmış Marsın qədim qabığının bir parçası hesab olunur. "Science" elmi jurnalında dərc olunmuş məqaləyə görə, bu, yalnız üçüncü belə kəşfdir.

"Əvvəllər biz yalnız iki qədim Mars meteoriti haqqında məlumatlı idik: qayaları təxminən 4,1 milyard il əvvəl kristallaşan Antarktida ALH 84001 və bəzi fraqmentləri 4,3 milyard ildən çox əvvəl əmələ gələn Mərakeş "Qara Gözəllik"i, NWA 7034. Bu meteoritlərin hər ikisi Marsın erkən geologiyası haqqında anlayışımızı əhəmiyyətli dərəcədə genişləndirdi, lakin onun qədim maqmatik süxurlarının nümunələri çatışmırdı", - araşdırmada qeyd olunur.

Nyu Meksiko Dövlət Universitetinin (ABŞ) professoru Karl Eycinin rəhbərlik etdiyi Amerika planetar alimləri qrupu, son illərdə Yer kürəsinin yaşayış olmayan bölgələrində tapılan bir neçə yüz meteoriti araşdırarkən bu tip qədim Mars süxurunun ilk nümunələrini əldə edib. Mali səhrasında tərk edilmiş Taqaza şəhəri yaxınlığında tapılan bu səma süxurlarından biri Marsın qədim qabığının bir hissəsi olduğu ortaya çıxıb.

Teg 001 adlandırılan bu meteorit təxminən 800 qram ağırlığındadır və bu mineralların Mars variasiyaları üçün qeyri-adi quruluşa və tərkibə malik iki mineraldan - triklin feldispatından və klinopiroksendən ibarətdir. Bu anomaliyalar meteoritin rekord yaşı ilə əlaqəli ola bilər - alimlər onun Günəş sisteminin əmələ gəlməsindən cəmi 450 milyon il sonra, 4,11 milyard il əvvəl əmələ gəldiyini təxmin edirlər.(Teleqraf)

SON XƏBƏRLƏR

Hakerlər 2,5 milyard dollardan çox pul oğurlayıblar

"Rusiya ballistik raketlərlə hücuma hazırlaşır" - Zelenski

"Air France" Ər-Riyada reysləri dayandırdı

Malidə qədim Mars meteoriti aşkar edildi

Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq

Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Kamran Əliyev Rusiya Baş prokuroru ilə görüşüb

Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

DİN-də Kollegiya iclası keçirilib

Zakir Həsənov Slovakiyanın nümayəndə heyətini qəbul edib

Baş nazir Əli Əsədov Gürcüstana getdi

Hacı Vəliyevin cəzası azaldıldı

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Bakı Beynəlxalq İncəsənət Festivalının təntənəli açılış mərasimi keçirilib

İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib

Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək

Müharibədən sülhə keçid: Azərbaycanın təcrübəsi və beynəlxalq hüququn əhəmiyyəti

BÜTÜN XƏBƏRLƏR