Əsrlərin sirrini qoruyan katar qalaları UNESCO tərəfindən tanındı

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Fransanın Lanqedok tarixi bölgəsində yerləşən və katar qalaları kimi tanınan istehkamlar kompleksini Ümumdünya İrs Siyahısına daxil edib.

Müvafiq qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Koreya Respublikasının Pusan şəhərində keçirilən 48-ci sessiyasında qəbul olunub.

Siyahıya səkkiz istehkam daxil edilib. Onların arasında 1997-ci ildə ayrıca Ümumdünya İrs Siyahısına salınmış Karkason qalası da var. Bundan başqa, Aqilar, Lastur, Monseqür, Peyrepertüz, Püiloran, Keribüs və Term qalaları da siyahıda yer alıb.

Bu qalalar Lanqedokun bir hissəsinin Albiqo səlib yürüşündən (1209-1229-cu illər) sonra Fransa kralının hakimiyyəti altına keçməsindən sonra inşa edilib. Qalaların yerləşdiyi bəzi ərazilər Roma Katolik Kilsəsi tərəfindən dönük elan olunan və onlara qarşı səlib yürüşü təşkil edilən katarlar (xristian dini hərəkatı) üçün sığınacaq rolunu oynayıb.(oxu.az)

SON XƏBƏRLƏR

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

BÜTÜN XƏBƏRLƏR