Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən noyabrın 13-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışının tarixi noyabrın 12-ə dəyişdirilib.

Bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 11-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 12-də 08:00-da DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

SON XƏBƏRLƏR

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

BDYPİ xəbərdarlıq etdi

BIAF-2006 festivalının gözəl ab-havası var

Dənizdən dağlara, şəhərlərdən Zəfər zirvələrinə – Azərbaycan bayrağı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

FAYDA İş Platforması Ağdaşda keçirilən Heyva Festivalında iştirak edib

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır

Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu

Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir

Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib

Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

BÜTÜN XƏBƏRLƏR