BDYPİ xəbərdarlıq etdi

Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayında da müşahidə olunur.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlığında bildirilib.

Diqqətə çatdırılıb ki, əsasən toqquşma, aşma, maneəvurma növündə qeydə alınan bu qəzaların səbəbləri içərisində gedəcəyi yola nabələd olan, eləcə də mürəkkəb relyefə malik ərazilərdə sürmə vərdişləri təkmilləşməmiş sürücülərin öncədən təhlükəsizlik tədbirləri görməməsi, avtomobilin yorğun, yuxusuz halda idarə edilməsi, əlverişsiz hava şərtlərinin, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitinin nəzərə alınmaması, nasaz nəqliyyat vasitələrinin istismarı kimi hallar üstünlük təşkil edir.

Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadəyə üstünlük verilsə də, həmin nəqliyyat vasitələrinin texniki vəziyyətinin, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsinin nəzərə alınmaması da sonradan ciddi fəsadlara yol açır.

“BDYPİ bir daha bütün həmvətənlərimizi təbrik edir, böyük qürur hissi ilə qeyd etdiyimiz bayram günlərinin təhlükəsiz, şən və firavan keçməsi üçün bütün yol hərəkəti iştirakçılarını qaydalara, verilən tövsiyələrə əməl etməyə çağırır!”, – deyə xəbərdarlıqda vurğulanıb.

SON XƏBƏRLƏR

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

BDYPİ xəbərdarlıq etdi

BIAF-2006 festivalının gözəl ab-havası var

Dənizdən dağlara, şəhərlərdən Zəfər zirvələrinə – Azərbaycan bayrağı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

FAYDA İş Platforması Ağdaşda keçirilən Heyva Festivalında iştirak edib

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır

Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu

Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir

Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib

Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

BÜTÜN XƏBƏRLƏR