AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyini obyektiv qiymətləndirmək və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunu təmin etmək məqsədilə növbəti səriştəlilik sınağını elan edir. Budəfəki sınaq qida məhsullarında yağlılıq, nəmlik və kül parametrlərinin təyini üzrə keçiriləcək.

İnstitutdan verilən məlumata görə, səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur, qiymətləndirmə də həmin standartın tələblərinə uyğun aparılır. Sınaqda iştirak üçün noyabrın 25-dək müraciət etmək olar. Laboratoriyalar “Müraciət forması”nı doldurub [email protected] elektron ünvanına göndərməlidir.

Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsinin (www.afsi.gov.az) “Xidmətlər” bölməsindəki “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri institutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq, nəticələrin konfidensiallığı isə tam qorunacaq.

SON XƏBƏRLƏR

10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər davam etdirilir

AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində

Qarabağda qadın fermerlərə 75 tondan çox toxum verilib

Zəfərimizin qəhrəmanları daim ehtiramla anılır

Daha 20 tələbəyə təqaüd ayrılacaq

ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edildi

Azərbaycançılıq ideologiyası informasiya suverenliyinin əsas təminatıdır

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

ASK ilə ADFIMI arasında memorandum imzalanıb

Zəfər günü ərəfəsində Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Zaur Əliyevin “Sahiblik” adlı yeni dərs vəsaiti işıq üzü görüb.

BÜTÜN XƏBƏRLƏR