Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər davam etdirilir

Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti işlərinə qarşı nəzarət tədbirləri davam etdirilir.

Növbəti monitorinq zamanı şəhərin Ə.N.Gəncəvi küçəsində qanunsuz tikililər, Məhsəti qəsəbəsinin A.Səhhət küçəsində isə qanunsuz quraşdırılmış dəmir konstruksiya aşkarlanıb. Aşkar edilmiş qanunsuz tikintilərlə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhər ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvləri, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Şəhər ərazisində qanunsuz tikinti hallarının qarşısının alınması məqsədilə monitorinqlərin bundan sonra da mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

SON XƏBƏRLƏR

10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər davam etdirilir

AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində

Qarabağda qadın fermerlərə 75 tondan çox toxum verilib

Zəfərimizin qəhrəmanları daim ehtiramla anılır

Daha 20 tələbəyə təqaüd ayrılacaq

ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edildi

Azərbaycançılıq ideologiyası informasiya suverenliyinin əsas təminatıdır

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

ASK ilə ADFIMI arasında memorandum imzalanıb

Zəfər günü ərəfəsində Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Zaur Əliyevin “Sahiblik” adlı yeni dərs vəsaiti işıq üzü görüb.

BÜTÜN XƏBƏRLƏR