Hacı Vəliyevin cəzası azaldıldı

Xuliqanlıq etməkdə təqsirləndirilən Hacı Vəliev barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Gazette.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Hacı Vəliyevin cəzası 2 il 6 aydan 2 ilə endirilib.

Xatırladaq ki, Tovuz Rayon Məhkəməsinin hökmünə əsasən, Hacı Vəliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.

Qeyd edək ki, Hacı Vəliyev “Gənc Qazilər Birliyi” adlı dövlət qeydiyyatına alınmayan QHT təşkilatının sədri olub. O, ötən ilin aprelində barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

SON XƏBƏRLƏR

DİN-də Kollegiya iclası keçirilib

Zakir Həsənov Slovakiyanın nümayəndə heyətini qəbul edib

Baş nazir Əli Əsədov Gürcüstana getdi

Hacı Vəliyevin cəzası azaldıldı

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Bakı Beynəlxalq İncəsənət Festivalının təntənəli açılış mərasimi keçirilib

İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib

Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək

Müharibədən sülhə keçid: Azərbaycanın təcrübəsi və beynəlxalq hüququn əhəmiyyəti

Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi

Cümhuriyyətə aparan tarixi yol - Türkiyə Cümhuriyyəti 103 yaşında

Polis Akademiyasının kursantları Zəfər Parkı və Zəfər Muzeyini ziyarət ediblər

Nurlan Ordubadlı təltif edilib

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Prezidentdən MÜHÜM FƏRMAN

“Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Ruandalı nazir ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub

“CHELEBI” BIAF-da Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

BÜTÜN XƏBƏRLƏR