
İlham Əliyev Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olub
Oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.
Gənclər və idman naziri Fərid Qayıbov Milli Gimnastika Arenasının ərazisində yerləşən yeni məşq binasında yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Milli Gimnastika Arenasının yeni məşq binasının tikintisi ötən ilin sentyabrında başa çatdırılıb. Burada kişi və qadın idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, ümumilikdə gimnastikanın 7 növü üzrə məşqlər keçirilir. Binada məşqçi və həkim otaqları, həmçinin gimnastlar üçün istirahət otaqları, fitnes və xoreoqrafiya zalları fəaliyyət göstərir. Burada hovuz da yaradılıb. Yeni binada eyni vaxtda 100 nəfər məşq edə bilər. Binanın ikinci mərtəbəsində idmançıların yaşayışı üçün 60 çarpayılıq 19 otaq vardır. Bir sözlə, Milli Gimnastika Arenasının yeni məşq binasında təlim-məşq toplantıları təşkil etmək, gimnastikanın müxtəlif növləri üzrə təlim keçmək və beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Yeri gəlmişkən, gələn ay burada batut gimnastikası üzrə Dünya Çempionatının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə isə gələn il Milli Gimnastika Arenasında bir sıra mötəbər beynəlxalq yarışların təşkili planlaşdırılır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay















