AZAL donanmasını müasir təyyarə ilə gücləndirib

"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmət edir. Belə ki, "Airspace" kabini daha geniş salon, xüsusi oturacaqlar və böyük əl yükü bölmələri ilə sərnişinlərin rahatlığını artırır. Təyyarə, həmçinin müasir əyləncə sistemi, yüksəksürətli "WiFi" xidməti və biznes sinfində fərdi monitorlarla təchiz olunub.

"Airbus A320neo" yeni nəsil mühərriklərinə malik olduğundan daha az yanacaq sərf edir, karbon emissiyalarını azaldır və 6 300 kilometrədək uçuş məsafəsi ilə regional və orta marşrutlarda səmərəli fəaliyyət göstərir.

Yeni hava gəmisinin donanmaya daxil edilməsi əməliyyat səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının və ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından AZAL üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, yeni hava gəmisi AZAL-ın 28 təyyarədən ibarət donanmasında sayca dördüncü "Airbus A320neo" modelidir. Sərnişin təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsini əsas prioritet kimi müəyyən edən AZAL 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir. Bu, AZAL-ın donanmasının modernləşdirilməsi strategiyası çərçivəsində atdığı növbəti mühüm addım olmaqla yanaşı, Bakı şəhərinin regionun aparıcı hava nəqliyyat qovşaqlarından biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR