“Apple”ın yeni telefonu ilə bağlı gizli detallar sızdı

"Apple"ın hələ rəsmi təqdim etmədiyi "iPhone 18 Pro Max" modeli ilə bağlı yeni sızıntılar texnologiya həvəskarlarının diqqətini çəkib. İnternetə sızdırılan daxili sənədlərdən məlum olub ki, şirkət bu dəfə əsas kamerada "iPhone"larda ilk dəfə istifadə olunacaq vacib yeniliyə yer verəcək.

"World Leaks" adlı  proqram qrupu tərəfindən internetə yayılan istehsalçı sənədlərində cihazın kamera sistemi ilə bağlı detallar yer alıb.

Sızdırılan məlumatlara görə, "iPhone 18 Pro Max" modelində əsas kamera kimi "Sony IMX905" sensorundan istifadə ediləcək. Ən maraqlı yenilik isə dəyişən diafraqma texnologiyasıdır. Bu sistem kameranın işıq qəbulunu çəkiliş şəraitinə uyğun avtomatik tənzimləyəcək. Nəticədə həm gecə, həm də gündüz çəkilən fotoların daha keyfiyyətli olacağı gözlənilir. Bu texnologiya bəzi "Android" flaqmanlarında artıq mövcud olsa da, "iPhone" modellərində ilk dəfə tətbiq ediləcək. 

Məlumata görə, "Apple" bu funksiyanın düzgün işləməsi üçün xüsusi kalibrləmə sistemindən istifadə edəcək. Sənədlərdə həmçinin qeyd olunur ki, əsas kamera istisna olmaqla digər kamera avadanlıqları "iPhone 17 Pro Max" modelindəki kimi qalacaq.

Belə ki, telefonda "Sony IMX973" telefoto kamerası, "Sony IMX972" ultra geniş bucaqlı kamera, "Sony IMX591" "LiDAR" sensoru və "Sony IMX914" ön kamera yer alacaq.

Telefoto kamera isə üçoxlu optik sabitləşdirmə (OIS) sistemi və piksel birləşdirmə texnologiyasını qoruyub saxlayacaq.

"Apple" hələlik bu məlumatları təsdiqləməyib. Şirkətin "iPhone 18" seriyasını 2026-cı ilin sentyabr ayında təqdim edəcəyi gözlənilir.

Bununla yanaşı, yeni modelin qiymətinin də artacağı ehtimal edilir. İddialara görə, kamera komponentləri və yaddaş istehsalının bahalaşması səbəbindən "iPhone 18 Pro Max" əvvəlki nəsillə müqayisədə təxminən 200 dollar daha baha satışa çıxarıla bilər.(yeni sabah)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR